
Bakı. Trend:
İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat
vasitələrinin Azərbaycana idxalı zamanı hesablanan aksiz məbləğinə
tətbiq olunan yüksəldici əmsallar artırılıb.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinin
istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinə
əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə
0,3 əmsal artırılaraq 1,5, dizel mühərrikli minik
avtomobillərinə isə 0,5 əmsal artırılaraq 2,0
yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


