Azərbaycanın bəzi rayonlarında intensiv yağış və qar yağacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən
başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal
olunur.




Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı
ehtimalı var.