
Bakı. Trend:
Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilər
üzrə aksiz dərəcələri artırılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamış
etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və
tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları,
konyak və konyak materiallarının hər litrinə 0,2 manat
artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan
tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı
9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq
0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən
qüvvəyə minib.

