Benzin, dizel və maye qaza görə yol vergisi artırılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka
yönəldilən benzin, dizel və maye qaza görə yol vergisi
artırılıb.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal
edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil
benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların
hər litrinə 0,05 manat artırılaraq 0,07 manat
olmaqla hesablanacaq və topdansatış qiymətinə (ƏDV və aksiz daxil
olmaqla) əlavə ediləcək.




İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza
görə yol vergisi onların hər litrinə 0,05 manat artırılaraq
0,07 manat
olmaqla hesablanacaq və Gömrük Məcəlləsinə
uyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazar
qiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz və
ƏDV daxil olmaqla) əlavə ediləcək.

Müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində
məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.