Dünyanın ən varlı insanları bir ildə sərvətlərini 2,2 trilyon dollar artırıblar

Baş səhifə

Bakı. Trend:

Səhmlərdən tutmuş kriptovalyutalara və qiymətli metallara qədər
bazarların sürətlə inkişaf etməsi fonunda dünyanın ən varlı 500
insanının sərvəti 2025-ci ilə qədər rekord həddə – 2,2 trilyon
dollar artıb.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyinin milyarderlər
İndeksində qeyd olunub.

Məlumata əsasən, onların ümumi kapitalı 11,9 trilyon dollara
çatıb.




Artımın təxminən dörddə biri Amerika şirkətinin həmtəsisçisi və
ən böyük səhmdarı Oracle (ORCL) Larri Ellison, “Tesla” şirkətinin
baş direktoru İlon Mask, “Google”un həmtəsisçisi Larri Peyc və “Amazon”un qurucusu Jeff Bezos da daxil olmaqla səkkiz nəfərin
payın düşüb.

“Bloomberg” agetliyi ilin sonuna qədər ən uğurlu milyarderlər
kimi L.Ellisonu (xalis sərvəti 249,8 milyard dollar, illik gəliri
57,7 milyard dollar), İ.Maskı (622,7 milyard dollar və 190,3
milyard dollar), Avstraliyalı iş adamı Cina Raynhartı (37,7 milyard
dollar və 12,6 milyard dollar), eləcə də ABŞ prezidenti Donald
Trampı və ailəsini (6,8 milyard dollar və 282 milyon dollar) qeyd
edib.