Bakı. Trend:
Bolqarıstan prezidenti Rumen Radev xalqa Yeni il müraciətində
Ukraynada sülh səylərinə dəstək verməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan prezidenti
çıxışı zamanı deyib.
“Ötən il dünya üçün dramatik keçdi, müharibələr minlərlə insanın
ölümünə səbəb oldu, lakin onların bitməsi üçün ilk ümidlər də
ortaya çıxıb. Hesab edirəm ki, ölkəmiz Ukraynada sülhə nail olmaq
səylərini birmənalı şəkildə dəstəkləməlidir. Münaqişənin genişlənmə
riski hələ də qalır və əgər özümüz bunu edə bilməsək, başqasının
maraqlarımızı qorumasını gözləməməliyik”, – deyə R.Radev qeyd
edib.

