Bakı. Trend:
8 aylıq ardıcıl geriləmədən sonra Çində iqtisadi fəallıq indeksi
yüksəlib.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat
yayıb.
Məlumata görə iqtisadi fəallıq indeksi 50,1-ə yüksəlib. Noyabrda
göstərici 49,2 idi. Artımın əsas səbəbi xidmət sektorunda baş verən
canlanmadır.

