Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsini yerinə yetirəcəyini bildirib

Baş səhifə

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatan
səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətində
olduğunu açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə Fransa prezidenti həmvətənlərinə Yeni il
münasibətilə müraciətində deyib.

“Fransa vətəndaşlarının mənə etibar etdiyi mandatı yerinə
yetirmək üçün hər gün çalışaraq son saniyəyə qədər çalışacağam”, –
deyə o bildirib.




Fransa prezidenti qarşıdan gələn seçkilərdə namizədliyini irəli
sürməyəcəyini qeyd edib. “2026-cı ilin sonunda, vaxtı çatanda,
tədricən 2027-ci il prezident seçkiləri kampaniyasına start
veriləcək – son on ildə ilk dəfə olacaq ki, mən bu kampaniyada
iştirak etməyəcəyəm”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, “prezident seçkilərinin mümkün qədər sakit,
xüsusən də heç bir xarici müdaxilə olmadan keçirilməsini təmin
etmək üçün əlindən gələnini etməyə” niyyətindədir.