Xankəndidə bayram atəşfəşanlığı keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Xankəndi. Trend:

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub. Bayram
tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını
rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar
yaşadıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə
qürur, sevinc hissləri yaşadıb.




Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin
edilib.Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması
Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və
həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi
kimi dəyərləndirilir.