
Bakı. Trend:
ABŞ administrasiyası Kamboca və Tayland arasında hərbi
əməliyyatların dayandırılması barədə razılaşmaların həyata
keçirilməsinə kömək etməyə hazırdır.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat
Xidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasında
deyilib.
“Biz Taylandın 18 Kamboca əsgərini azad etməsini alqışlayırıq və
bunu mehriban qonşuluq münasibətlərinin və etimadın bərpası
istiqamətində müsbət addım hesab edirik. ABŞ 26 oktyabrda
imzalanmış birgə bəyannamədə razılaşdırılmış əsas tədbirləri həyata
keçirməyə davam etdikləri üçün Kamboca və Tayland hökumətlərini
dəstəkləməyə hazırdır”, – deyə qeyd olunub.
Tommi Piqot vurğulayıb ki, ABŞ Kamboca və Tayland hökumətlərinin
27 dekabr sülh müqavilələrinin həyata keçirilməsinə yönəlmiş
qətiyyətli hərəkətlərini alqışlayır.


