Mark-Andre ter Ştegen qışda klubunu tərk edə bilər

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer
pəncərəsi zamanı klubunu tərk edə bilər.

Trend xəbər verir
ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.




Məlumata əsasən, alman qapıçı Türkiyə və İngiltərə klublarından
təklif alsa da, Kataloniyanı tərk etmək istəmir və Barselonada
yaşamağa üstünlük verir. Bu səbəbdən onun yeganə variantı İspaniya
La Liqasında çıxış edən Kataloniyanın digər təmsilçisi “Jirona”da
icarə əsasında oynamaqdır.

Qeyd edək ki, ter Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini
qoruyur.