Finlandiya Fitburq yük gəmisini saxlayıb

Baş səhifə

Bakı. Trend:

Finlandiya hüquq-mühafizə orqanları Sent-Vinsent və Qrenadin
bayrağı altında üzən Fitburq yük gəmisini kabelə zərər vurmaqda
şübhəli bilinərək saxlayıb.

Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi Finlandiya polisinə istinadən
xəbər verib.




Məlumata görə, gəmidəki 14 heyət üzvü də saxlanılıb.
MarineTraffic məlumatına əsasən, Fitburq Sankt-Peterburqdan yola
çıxaraq Hayfaya doğru gedirmiş.