Bakı. Trend:
Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klubları 5 yanvar
tarixində keçirilməsi nəzərdə tutulan Superkubokun yarımfinal
qarşılaşmasının vaxtının dəyişdirilməsi üçün Türkiyə Futbol
Federasiyasına rəsmi müraciət ediblər.
Trend-in
məlumatına görə, hər iki klub federasiyaya göndərdikləri məktubda
görüşün mövcud tarixdə keçirilməsinin çətin olduğunu bildirib.
Onlar sıx oyun təqvimini, qış mövsümündə gözlənilən əlverişsiz hava
şəraitini və komandaların fiziki vəziyyətini əsas səbəblər kimi
göstəriblər.
Müraciətdə qeyd olunub ki, mövcud şərtlər altında matçın həm
idman keyfiyyəti, həm də təhlükəsizlik baxımından istənilən
səviyyədə təşkili çətinləşir və buna görə qarşılaşmanın daha uyğun
tarixə keçirilməsi məqsədəuyğundur.
Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı yaxın günlərdə
yekun qərar verməsi gözlənilir. Qərardan sonra Superkubok
yarımfinalının təqvimində dəyişiklik olub-olmayacağı
rəsmiləşəcək.

