Bakı. Trend:
Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat
yayıb.
Zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit
okeanda olub, ocağın dərinliyi 30 kilometr təşkil edib.
Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur, sunami
təhlükəsi də elan edilməyib.

