Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Əbdülnasir
Hemməti beş illik müddətə İran Mərkəzi Bankının sədri təyin
edib.
Trend xəbər verir
ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Fərmanda bildirilir ki, təyinat Hemmətinin fədakarlığı,
səriştəsi və dəyərli peşəkar təcrübəsi nəzərə alınaraq,
İqtisadiyyat və Maliyyə Nazirinin təklifi və Nazirlər Şurasının
qərarı əsasında, İran Mərkəzi Bankı haqqında Qanuna uyğun şəkildə
verilib.
Prezident vurğulayıb ki, Mərkəzi Bankın yeni sədrinin valyuta
bazarının təşkili və idarə olunmasına, bank balanssızlığının aradan
qaldırılmasına və likvidliyin nəzarət altına alınmasına xüsusi
diqqət yetirməsi gözlənilir. Bu tədbirlər iqtisadi artımı
dəstəkləməli, milli valyutanın dəyərini qorumalı və artırmalı,
həmçinin sosial ədalətin təmininə xidmət etməlidir.
Məsud Pezeşkian Hemmətinin vəzifələrini uğurla yerinə
yetirəcəyinə ümid etdiyini bildirib.
Təyinatdan sonra, 29 dekabrda İran tacirləri rialın qara bazarda
ucuzlaşmasına etiraz olaraq aksiya keçiriblər. Mərkəzi Bankın rəsmi
məzənnəsinə görə, 1 ABŞ dolları 755.000 riala bərabər olsa da, qara
bazarda 1,4 milyon riala çatıb ki, bu da milli valyutanın davamlı
ucuzlaşmasını göstərir.

