Ermənistan Azərbaycana nə sata bilər?

Baş səhifə
Videonun alt yazısı, Ermənistan Azərbaycana nə sata bilər?

Ermənistan Azərbaycana nə sata bilər?

İqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın gələcəkdə həm də Ermənistandan Azərbaycana ixrac mümkündür.

Gevorq Papoyan deyib ki, Ermənistan potensial olaraq Azərbaycana alüminium, alüminium folqası, ferromolibden, mal-qara, meyvə-tərəvəz, müəyyən növ içkilər və toxuma mallar ixrac edə bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi kimi həssas sahələr istisnalar olmaqla, digər sahələrdə ticarətin genişlənməsi mümkündür.

Ermənistan bu yaxınlarda ilk dəfə olaraq, birbaşa Azərbaycandan yanacaq alıb.

Gevorq Papoyan deyib: “Hazırda Gürcüstan Dəmir Yolları Ermənistan və Azərbaycan arasında malların tranziti üçün kifayət qədər rəqabətli tarif təklif edib, ona görə çoxlu imkanlar var. Həmişəki kimi, onlar bunu elan etdilər, biz də təsdiqlədik. Güman edirəm ki, Gürcüstan və Azərbaycan tərəfləri daha bir uğurlu sövdələşmə barədə elan edəcəklər”.

2025-ci ilin dekabr ayında Azərbaycan istehsalı olan benzini daşıyan 22 dəmir yolu sisterni Gürcüstan ərazisindən keçərək Ermənistana çatdırılıb.

Tbilisi öz ərazisindən keçən ilk dəmir yolu tranziti üçün rüsum almayıb.