Burkina Faso və Mali ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan edib

Baş səhifə

Bakı. Trend:

Burkina Faso və Mali hakimiyyəti Vaşinqtonun bu ölkələrin
vətəndaşlarına viza verməkdən imtina etmək qərarına cavab olaraq
ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Trend xəbər verir
ki, bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat
yayıb.




Burkina Fasonun xarici işlər naziri Jan-Mari Karamoko Traore
bildirib ki, qəbul edilən qərar dövlətlər arasında suveren
bərabərliyin qorunmasına və diplomatik münasibətlərin əsası olan
qarşılıqlı hörmətin yenidən təsdiqlənməsinə yönəlib.

Mali Xarici İşlər Nazirliyi isə açıqlamasında qeyd edib ki, ABŞ
administrasiyası Mali ilə heç bir məsləhətləşmə aparmadan
birtərəfli qaydada ölkə vətəndaşları üçün viza məhdudiyyətləri
tətbiq edib. Bamako Vaşinqtonun bu qərarı ictimai təhlükəsizliklə
əlaqələndirməsi iddialarını qətiyyətlə rədd edərək, əsl səbəblərin
siyasi xarakter daşıya biləcəyini vurğulayıb.