Emi Karlon: ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib

Baş səhifə
Emi Karlon: ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib

ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib.

“Report” xəbər verir ki, bunu ABŞ-nin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon “X” sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.

“Bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir”.