Türkiyədə qar uçqunu baş verib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya
kəndində qar uçqunu baş verib.

Trend xəbər verir
ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.




Vali bildirib ki, uçqun nəticəsində ərazidəki çobanların uçqun
altında qaldıqları ehtimal edilir və xilasetmə komandaları hadisə
yerinə çatmağa çalışır.

O həmçinin qeyd edib ki, bölgədə hava şəraiti əlverişsizdir,
lakin Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD)
və digər müvafiq qurumların qrupları çətin şəraitə baxmayaraq
xilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışırlar.