Bakı. Trend:
Çinin “Dongfeng Motor Corp.” şirkəti illik 1 milyon yeni enerji
avtomobili (NEV) istehsalı hədəfinə nail olub.
Trend xəbər verir
ki, şirkət bu mərhələyə lüks hibrid SUV M-Hero istehsal edən
zavodda M817 modelinin 10 mininci avtomobilinin istehsal xəttindən
çıxarılması ilə çatdığını açıqlayıb.
Qeyd edək ki, Dongfeng Çinin üç aparıcı dövlət avtomobil
istehsalçısından biridir. Şirkətin portfelinə müxtəlif bazar
seqmentlərini hədəfləyən Voyah, M-Hero, eπ və Nanobox elektrikli
nəqliyyat vasitələri daxildir.
Şirkətin açıqlamasına görə, cari ildə M-Hero elektrik
avtomobillərinin satışları təxminən dörd dəfə, Voyah markası üzrə
satışlar isə təxminən iki dəfə artıb.

