Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “qara bazar”da
dəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə iri heroin
partiyasını müsadirə ediblər.
Trend Gürcüstan
mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı
ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze
məlumat verib.
Onun sözlərinə görə, dekabrın 30-da keçirilən əməliyyat zamanı
İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxs yük avtomobili ilə qonşu
ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotik vasitələr mərmər
lövhələrin içərisində gizlədilib.
Nazir müavini bildirib ki, Daxili İşlər Nazirliyi cinayətdə
iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində
istintaqı davam etdirir.
Qeyd edilib ki, istintaq Cinayət Məcəlləsinin ömürlük həbs
cəzasını nəzərdə tutan maddələri üzrə aparılır.

