Juan Kanselu “Əl-Hilal”dan ayrıla bilər

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun məşhur müdafiəçisi
Juan Kanselunun yanvar transfer pəncərəsində klubdan ayrılmaq
ehtimalı yüksəkdir.

Trend xəbər verir
ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano
məlumat yayıb.




Məlumata görə, “İnter” icarə şərtləri və mümkün müqavilə ilə
bağlı “Əl-Hilal”a müraciət edib. “Barselona” və “Yuventus” da son
48 saat ərzində Kanselunun vəziyyəti ilə bağlı məlumat almaq üçün
Ərəbistan təmsilçisi ilə əlaqə saxlayıb.

Qeyd olunur ki, 31 yaşlı futbolçu 2024-cü ilin yayından bəri “Əl-Hilal”da çıxış edir. Bu mövsüm klubda altı oyun keçirib, bir
qol vurub və iki məhsuldar ötürmə edib. Juanın hazırkı müqaviləsi
2027-ci ilin iyun ayının sonuna qədərdir. O, karyerası ərzində “İnter”, “Barselona”, “Yuventus”, “Bavariya”, “Mançester Siti”, “Valensiya” və “Benfika” kimi tanınmış klublarda çıxış edib.