ABŞ Rusiya Prezidentinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına
mümkün hücum cəhdi ilə bağlı iddiaları hərtərəfli təhlil etməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu
Uitaker “Fox Business” telekanalına müsahibəsində bildirib.




Uitaker vurğulayıb ki, Vladimir Putinin iqamətgahına hücumla
bağlı mövcud olan bütün kəşfiyyat məlumatları diqqətlə
araşdırılacaq.

Eyni zamanda amerikalı diplomat qeyd edib ki, Kiyevin belə bir
addımı ehtiyatsızlıq kimi qiymətləndirilə bilər.