
Bakı. Trend:
Norveçli qrossmeyster Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə
dünya çempionatının qalibi olub.
Trend-in
məlumatına görə, turnir Qətərin Doha şəhərində keçirilib.
Finalda norveçli şaxmatçı özbəkistanlı Nodirbek Abdusattorovu
2,5:1,5 hesabı ilə məğlub edib.
İlk dörd şahmatçının pley-offa vəsiqə qazandığı 19 turluq seçmə
mərhələdə Hindistanlı Arjun Eriqaysi (15 xal) amerikalı Fabiano
Karuana (14), Karlsen (13,5) və Adbusatorovu (13) qabaqlayıb.
Yarımfinalda Karlsen Karuanı, Adbusattarov isə Eriqaysini məğlub
edib.


