ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)
dron ticarəti ilə əlaqədar olaraq İran və Venesueladan olan 10
fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında
bildirilib.




“Bu gün OFAC Venesuela və İranda yerləşən və İranın Venesuela
ilə dron ticarətinə töhfə verən 10 fərdi və hüquqi şəxs, o cümlədən
Venesuela şirkətinlərinə qarşı sanksiyalar tətbiq edir”, – deyə
açıqlamada qeyd olunub.

Sanksiya siyahılarına İrandan beş fiziki şəxs və üç hüquqi şəxs,
Venesueladan isə bir hüquqi şəxs daxildir. Xüsusilə,
məhdudlaşdırıcı tədbirlər Venesuelanın Empresa Aeronáutica Nacional
şirkətinə qarşı tətbiq olunur.