
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi
barədə məlumat daxil olub
Trend xəbər verir ki, bu
barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə
baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən
yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.


