
Bakı. Trend:
Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokunun
istismara verilməsinə icazə verilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrə
Komissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən “Saul”
(Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətində
sınaq istismarına başlayacaq. Bundan sonra reaktorun 2026-cı ildə
kommersiya istismarına verilməsi planlaşdırılır.
Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir, daha üç
reaktor isə tikinti mərhələsindədir. 2024-cü ildə ölkədə elektrik
enerjisi istehsalının 31,7 faizi atom energetikasının payına
düşüb.


