“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank
sektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yeni
funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZN
valyutasında istənilən bankın debit kartı ilə “PAŞA Bank”ın POS
terminallarından nağdlaşdırma etmək mümkün olacaq.

Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinə
POS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etmək
imkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa,
inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahat
ödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırma
əməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur.

POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaq
istədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilir
və PIN-kod təsdiqləndikdən sonra vəsait nağd formada təqdim olunur.
Hazırda xidmət ölkə üzrə “Rahat” marketlər şəbəkəsində mövcuddur və
yaxın dövrdə digər satış nöqtələrində də aktivləşdirilməsi nəzərdə
tutulur.




Yeni funksiya haqqında daha ətraflı məlumat almaq üçün
pos.pashabank.az saytına keçid
edin.

Bankın korporativ, kiçik və orta biznes seqmentinə aid
müştəriləri xidmətdən istifadə etmək üçün *8123 qısa nömrəsinə və
ya
[email protected]
elektron poçt ünvanına
müraciət edərək “PAŞA Bank” POS-terminallarında bu funksiyanı
aktivləşdirə bilərlər.

Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin
dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International
Investor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk
Azərbaycan bankı olub.