
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin aparıcı üzvü Anna Başta növbəti ilin aprelindən yarışlarda iştirak edə biləcək.
Bu barədə “Report”a yığmanın baş məşqçisi Çingiz Mustafayev məlumat verib.
Mütəxəssis idmançının ağır zədədən sonra reabilitasiya prosesinin davam etdiyini söyləyib:
“Anna Başta hazırda ağır zədədən sonra reabilitasiya prosesini keçməkdə davam edir. Artıq məşqlərə başlayıb. Burada həm də psixoloji bərpa çox vacibdir. Vaxtımız var. Bu baxımdan çalışırıq tələskənliyə yol verməyək. Düşünürük ki, təxminən növbəti ilin aprelindən yarışlarda iştirak edə biləcək”.
Qeyd edək ki, Anna Başta zədə səbəbindən ilin əvvəlində əməliyyat olunub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


