Dələduzluqda ittiham olunan hərbçinin məhhkəməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda
ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi
üzrə məhkəmə iclası keçirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə
təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul
edilib.




Məhkəmənin baxış iclası 8 yanvarda keçiriləcək.

Təqsirləndirlən Bəşir Bəşirov barəsində Cinayət Məcəlləsinin
178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə)
maddəsi ilə ittiham irəli sürülüb.