Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb, deputatlar tətilə buraxılıb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb.

Trend xəbər
verir ki, Milli Məclisin sədri Sahibə Qafarova
parlamentin bugünkü plenar iclası başa çatdıqda 2025-ci il payız
sessiyasını bağlı elan edib.

Məlumat üçün bildirək ki, Konstitusiyaya uyğun olaraq Milli
Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və
mayın 31-dək davam edir.




Payız sessiyası sentyabrın 30-da başlanır və
dekabrın 30-dək davam edir.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun
15-dən avqustun 30-dək
yanvarın 1-dən
15-dək
tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə
sayılır.