Bakı. Trend:
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə
əl-Mukkəllə limanının Cənub Keçid Şurasının (STC) nəzarətinə
keçməsindən sonra Hadramaut vilayətində məhdudmiqyaslı hərbi
əməliyyatlara başladığını açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiyaya
istinadən xəbər yayıb.
Bildirilib ki, əməliyyatlar çərçivəsində təhlükəsizliyin təmin
olunması məqsədilə əl-Mukkəllə limanı ərazisində olan mülki
əhalinin təxliyə olunması tövsiyə edilir.

