Bakı. Trend:
Ukrayna ABŞ tərəfindən 2026-cı ildə BMT-nin Humanitar
Məsələlərin Koordinasiyası İdarəsinə ayrılacaq 2 milyard dollar
həcmində humanitar yardımın nəzərdə tutulduğu ölkələr arasında yer
alıb.
Trend xəbər verir ki, bu
məlumat idarənin açıqladığı rəsmi siyahıda əks olunub.
Məlumata görə, Ukrayna ilə yanaşı, Suriya, Banqladeş, Cənubi
Sudan və Efiopiya daxil olmaqla ümumilikdə 16 ölkə yardım alacaq.
Fələstin isə siyahıya daxil edilməyib. Ayrılan vəsaitin bir hissəsi
BMT-nin Fövqəladə Hallara Qarşı Mərkəzi Cavab Fondu (CERF) üçün də
nəzərdə tutulur.

