
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağında
yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib.
Trend xəbər verir ki, o, bu
mövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida
ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo
malikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərin
suallarını cavablandırarkən açıqlayıb.
“Çox şey Benyamin Netanyahudan asılı olacaq. Biz bunu müzakirə
edəcəyik”, – deyə Tramp bildirib.
“Əgər hər şey qaydasındadırsa, düşünürəm ki, bu, yaxşı olar”, –
deyə Ağ Ev rəhbəri əlavə edib.


