İZİA-nın qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların
İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının iclasında Agentlik
tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər
müzakirə olunub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti
iclası keçirilib.




Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə
Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan
sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə
fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş
işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub
ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz
edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından
əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və
qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının
payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış
əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini
genişləndirir.

İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş
prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib,
təşkilati-struktur məsələləri müzakirə olunub.