İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional məsələləri müzakirə edib

Baş səhifə

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi ilə Səudiyyə
Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında
telefon danışığı baş tutub.

Trend xəbər verir
ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlər,
regional və beynəlxalq məsələlər, eləcə də Yəməndə baş verən
hadisələr ətrafında fikir mübadiləsi aparıblar.




Söhbət zamanı Abbas Araqçi Yəmənin cənubundakı vəziyyətə diqqət
çəkərək ölkənin ərazi bütövlüyünün qorunması üçün yol xəritəsinin
hazırlanmasının vacibliyini vurğulayıb.

Araqçi İsrailin Livana hücumlarını pisləyib və beynəlxalq
ictimaiyyəti Livan xalqına qarşı hücumların dayandırılması üçün
məsuliyyət daşımağa çağırıb.

Feysəl bin Fərhan isə regional sülhün təmin olunması üçün
əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib və İsrailin
baş verənlərə görə məsuliyyət daşımalı olduğunu bildirib.