Bakı. Trend:
İspaniyanın cənubunda daşqın nəticəsində 3 nəfər itkin
düşüb.
Trend xəbər verir
ki, bu barədə İspaniyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.
Daşqın və leysan nəticəsində bəzi şəhərlərdə küçələri su basıb,
infrastruktura ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox Valensiya
və Malaqa regionları əziyyət çəkib.
İtkin düşənlərin axtarışları davam etdirilir.

