Bakı. Trend:
Ekvador hökuməti yaxın 10 il ərzində ölkənin ilk nüvə reaktorunu
istismara verməyi hədəfləyib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Ətraf Mühit və Energetika Nazirliyi məlumat
yayıb.
Nazirlik bildirib ki, Ekvadorda ölkənin nüvə proqramının icrası
ilə məşğul olacaq xüsusi orqan yaradılacaq.
“Bu orqan nüvə proqramına cəlb olunmuş bütün dövlət
strukturlarının qarşılıqlı fəaliyyət göstərəcəyi qurumlararası
koordinasiya platformasına çevriləcək. Ekvadorun ilk nüvə reaktoru
olan RNE1-in təxminən yaxın on il ərzində istismara verilməsinədək
prosesə texniki rəhbərliyi öz üzərinə götürəcək”, – deyə məlumatda
qeyd olunub.

