Afrika Millətlər Kuboku: Kamerun və Kot-d’İvuar 1:1 hesablı heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

Afrika Millətlər Kubokunun F qrupunda Kamerun və Kot-d’İvuar
yığmaları qarşılaşıb və görüş 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb.

Trend xəbər verir
ki, hesabı 51-ci dəqiqədə Kot-d’İvuarın yarımmüdafiəçisi Amad
Diallo açıb. Beş dəqiqə sonra – 56-cı dəqiqədə Kamerun millisinin
oyunçusu Junior Çamadyu tarazlığı bərpa edib.




İki turdan sonra həm Kamerun, həm də Kot-d’İvuar yığmaları 4 xal
toplayaraq F qrupunun turnir cədvəlində liderliyi bölüşürlər.