London və Berlin 70 milyon dollarlıq müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

London və Berlin mobil artilleriya sistemlərinin birgə alınması
üçün 70 milyon dollarlıq müqavilə imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Britaniya mediası məlumat yayıb.




Məlumata görə, Böyük Britaniya dəqiqədə səkkiz atəş açmaq,
hərəkət zamanı atəş aparmaq və yanacaq doldurmadan 700 kilometr
məsafə qət etmək imkanına malik RCH 155 özüyeriyən artilleriya
sisteminin nümayiş variantlarını alacaq. Daha iki özüyeriyən
artilleriya prototipi sınaqlar üçün Almaniyaya təhvil
veriləcək.

Qeyd olunur ki, sistem Fransa-Almaniya birgə şirkəti KNDS və
Almaniyanın aparıcı müdafiə şirkəti Rheinmetall tərəfindən istehsal
olunur. Avqust ayında yayılan məlumata əsasən, Rheinmetall
şirkətinin gəliri 2025-ci ilin birinci yarısında 24 faiz artaraq
rekord səviyyəyə – 4,7 milyard avroya çatıb.