Bakı. Trend:
Finlandiyada güclü qış fırtınası nəticəsində 160 mindən çox ev
elektriksiz qalıb, göyərtəsində 150-dən çox adam olan iki təyyarə
isə uçuş-enmə zolağından çıxarılıb.
Trend xəbər verir
ki, bu barədə “Sweden Herald” qəzeti məlumat yayıb.
Məqalədə bildirilir ki, göyərtəsində təxminən 150 sərnişin olan
bir təyyarə, eləcə də on nəfərdən az sərnişini olan daha kiçik hava
gəmisi güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar
yığınına çırpılıb.
Şiddətli hava şəraiti nəticəsində xəsarət alan olmayıb. Kittila,
Rovaniemi və İvalo istiqamətlərində bütün hava nəqliyyatı müvəqqəti
olaraq dayandırılıb.
Qeyd edək ki, Finlandiyada Hannes adlandırılan qış fırtınası
qərb sahili boyunca küləyin sürətini saniyədə 25 metrədək artıraraq
minlərlə evi elektriksiz qoyub. Enerji Sənayesi Assosiasiyasının
məlumatına görə, Qərbi Finlandiyanın geniş əraziləri fırtınadan
ciddi şəkildə təsirlənib.

