“İnter” səfərdə “Atalanta”nı məğlub edərək liderliyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasının 17-ci turunda “İnter” səfər matçında
“Atalanta” ilə üz-üzə gəlib.

Trend xəbər verir
ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.




Matçın taleyini 65-ci dəqiqədə Lautaro Martinesin vurduğu qol
həll edib – 0:1.

Bu qələbədən sonra “İnter” 36 xalla turnir cədvəlinin lideri
olub. İkinci pillədə qərarlaşan “Milan” liderdən cəmi 1 xal geri
qalır. “Atalanta” isə 22 xalla ilk onluğu tamamlayır.