
Bakı. Trend:
Uruqvaylı hücumçu Edinson Kavani 38 yaşında peşəkar futbol
karyerasını başa vurduğunu rəsmi şəkildə elan edib.
Trend xəbər verir
ki, Kavani bu qərarını sosial şəbəkələrdə paylaşdığı vida mesajı
ilə açıqlayıb və futbola, həmçinin onu bu yolda dəstəkləyən hər
kəsə təşəkkür edib.
Kavaninin paylaşımında qeyd olunub: “Çox sağ ol, futbol. Sən
məni formalaşdırdın, sınadın, yıxıldığım zaman qalxmağı öyrətdin və
yolun hər addımını dəyərləndirməyi mənə göstərdin. Uşaqlıqda mümkün
görünməyən arzuları reallaşdırmağa, meydanda və meydandan kənarda
inanılmaz insanlarla tanış olmağa imkan verdin. Bunların heç biri
ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası
insanlar olmadan mümkün deyildi.
Mən hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək
sakitliklə ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə bu peşəyə
hörmətlə.”


