Bakı. Trend:
“Rafael Advanced Defense Systems” şirkəti özünün ilk “Iron Beam”
lazer hava hücumundan müdafiə sistemlərini İsrail Müdafiə
Qüvvələrinə təhvil verib.
Trend xəbər verir
ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“Bu, ilk dəfədir ki, yüksək güclü lazer ələ keçirmə sistemi tam
əməliyyat qabiliyyətinə çatdırılıb”, – nəşr İsrailin müdafiə naziri
İsrael Katsın sözlərini sitat gətirib.
İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram bildirib
ki, bu addım inkişaf mərhələsindən seriyalı istehsala keçidi
göstərir. Onun sözlərinə görə, “Iron Beam” sistemi ölkənin müdafiə
potensialını gücləndirəcək, müdafiə xərclərini azaldacaq texnoloji
inqilabın yalnız başlanğıcıdır.

