
Bakı. Trend:
Dekabrın 28-də 14 yaşadək cüdoçular arasında Azərbaycan
birinciliyi başa çatıb. Mübarizənin son günündə komanda yarışları
keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Abşeron Olimpiya
İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10,
qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.
Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ
komandası baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş
medallara yiyələnib. Respublika Kompleks İdman Məktəbi və Sumqayıt
şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.
Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə
Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi
olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc
mükafata yiyələnib..


