
Çin 055 “Usi” tipli böyük esminesdən “YJ-20” hipersəs gəmi əleyhinə raketini sınaqdan keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sınağın görüntüləri bu gün “China Military Bugle” nəşri (Xalq Azadlıq Ordusu Məlumat və Media Mərkəzinin rəsmi veb saytı) tərəfindən dərc edilib.
Görüntülərə əsasən, görə, “YJ-20” hipersəs raketi esminesin arxa hissəsində yerləşən şaquli buraxılış sisteminin (VLS) elementlərindən birindən buraxılıb.

