Bakı. Trend:
Tokionun Tama Zooparkının işçiləri öz qəfəsindən qaçan canavarı
tutublar.
Trend-in
məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, Tokiodakı Tama Zooparkının rəhbərliyi
canavarlardan birinin onun qəfəsindən qaçmasından sonra bütün
ziyarətçiləri təxliyə etmək və fəaliyyətini dayandırmaq
məcburiyyətində qalmışdı.

