Mərkəzi Afrika Respublikasında ümumi seçkilərdə səsvermə başlayıb

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üçün səsvermə
başlayıb.

Trend xəbər verir
ki, ölkədə təxminən 2,4 milyon insanın səs vermək hüququ var və
onlar prezidenti, parlament üzvlərini və yerli özünüidarəetmə
orqanlarının nümayəndələrini seçəcəklər.




Ölkə üzrə 6700 seçki məntəqəsi təşkil olunub və yerli vaxtla
səhər saat 6:00-dan 18:00-dək açıq olacaq.

Prezidentlik uğrunda yeddi nəfər, o cümlədən 2016 və 2020-ci
illərdə seçkilərdə qalib gələn hazırkı prezident Faustin-Arkanj
Touadera mübarizə aparır.