Bakı. Trend:
“Bavariya” “Vasko da Qama”nın 19 yaşlı cinah oyunçusu Rayanla
maraqlanır.
Trend bu barədə
UOL-a istinadən məlumat verir.
Münhen klubu bir müddətdir oyunçunu izləyir, lakin son zamanlar
onun nümayəndələri ilə əlaqələri gücləndirib. Braziliya klubu
“Bavariya”nın marağından xəbərdardır və təklif gözləyir. Alman
klubu Rayanın ətrafından razılıq alıb. Oyunçu Avropaya transfer
olunmaq istəyir və “Bavariya” onun qoşulmaq istədiyi klubdur.
“Vasko da Qama” oyunçunu 50 milyon avro dəyərində qiymətləndirir,
lakin potensial transferi 45 milyon avrodan bir qədər aşağı qiymətə
müzakirə etməyə hazırdır.
Rayan 2023-cü ilin yayından bəri “Vasko da Qama”nın əsas
komandasında oynayır. Bu müddət ərzində cinah oyunçusu bütün
yarışlarda 97 oyunda meydana çıxıb, 23 qol vurub və iki məhsuldar
ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin
sonuna qədərdir.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun
bazar dəyəri 25 milyon avrodur.

