
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask ABŞ-ın təkpartiyalı dövlətə
çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib.
Trend xəbər verir ki, o, bu
barədə X sosial şəbəkəsində paylaşım edib.
“Radikal solçular uzun müddətdir ki, çoxlu sayda qanunsuz (bəzi
hallarda qanuni) immiqrantı ölkəyə gətirmək və saxlamaqla
seçkilərdə qalib gəlmək, demokratiyanı məhv etmək və Amerikanı
təkpartiyalı dövlətə çevirmək məqsədilə saxta hökumət
proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər dərindən
araşdırsanız, vergi pullarınızın nəyə xərcləndiyini və bunun
qarşısı alınmasa, verdiyiniz səslərin heç bir əhəmiyyət
daşımayacağını görərək dəhşətə gələrsiniz.
Bunun ən bariz nümunəsi isə tarixən demək olar ki, heç bir
somalilinin yaşamadığı Minnesota ştatında Somali səsvermə blokunun
İlhan Öməri ABŞ Konqresinə seçməsidir. Eyni proses Avropa, Böyük
Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə
olunur”, – deyə Mask vurğulayıb.


